İstedadlı gənc rəssamın əsərlərinin yeni kataloqu işıq üzü görüb

 

İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin fransız və ingilis dillərində kataloqu çapdan çıxıb. Kataloq rəssamın çoxşaxəli, rəngarəng, gözkönül oxşayan yaradıcılığı barədə tam təsəvvür yaradır. Məryəm Ələkbərlinin əl işləri xarici ölkələrdə uğurla nümayiş olunub, 2011-ci ildə Berlində, Parisdə, 2012-ci ildə Moskvada sərgiləri keçirilib. 2012-ci ildə Moskvada keçirilən Ənənələr və müasirlik VI Beynəlxalq İncəsənət Festivalında Vera mükafatına layiq görülüb.

Kataloqun ön sözündə deyilir ki, Məryəmin əsərlərindən ibarət sərgilərin təkcə siyahısı fitri istedad sahibi olan bu rəssamın yaradıcılığına nə dərəcədə böyük maraq olduğunu təsdiq edir.

Harmoniya və məhəbbət dolu qeyri-adi yaradıcılığı ilə həqiqi sənət xiridarlarını sevindirən rəssamın sənəti haqqında dolğun təsəvvür yaradan kataloq Şərq-Qərb nəşriyyatında nəfis poliqrafik tərtibatda çap olunub.

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 2.