Xalq artisti Ramiz Məlikin 70 illiyi qeyd olundu

 

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Ramiz Məlikin 70 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Mərasimi giriş sözü ilə açan Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Azərbaycan teatr tarixində xüsusi xidmətləri olan sənətkarlara dövlətimiz tərəfindən göstərilən diqqət qayğıdan danışdı. Xalq artisti Ramiz Məlikin teatr sənətimizə verdiyi töhfələrdən bəhs edən direktor bildirdi ki, öz dəsti-xətti olan istedadlı aktyor yaşının bu çağında da cavanlıq şövqü ilə teatrın səhnəsində bənzərsiz ifaları ilə tamaşaçıların görüşünə gəlir.

Mədəniyyət Turizm Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə yubilyarı təbrik etdi, ona yeni-yeni yaradıcılıq uğurları arzuladı. Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov aktyorun həyat yaradıcılıq yolundan, Azərbaycan teatr kinosunda yaratdığı bənzərsiz obrazlar qalereyasından söz açdı. Qeyd etdi ki, 1963-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram kino aktyorluğu fakültəsinə daxil olan Ramiz Məlik Rza Təhmasib, Tofiq Kazımov, Məlik Dadaşov kimi görkəmli sənətkarlardan dərs alıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. Ramiz Məlik Azərbaycan Televiziyasında Ənvər MəmmədxanlınınŞərqin şəhəri”, Əlibala Hacızadəninİnanmırsansa...”, Nəriman HəsənzadəninKimin sualı var?” digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Mərasimdə çıxış edən Xalq artisti Ramiz Məlik tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirdi, bundan sonra da Azərbaycan mədəniyyətinin, teatrının inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini diqqətə çatdırdı.

Sonra yubiley tədbiri aktyorun rol aldığıQoca kloun tələb olunurtamaşası ilə davam etdirildi. Qeyd edək ki, rumın dramaturqu Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanmış tamaşada Akademik Milli Dram Teatrının görkəmli aktyorları - xalq artistləri Ramiz Məlik, Rafiq Əzimov, Rafael Dadaşov Əməkdar artist İlham Hüseynov çıxış edirdilər. Gecəyə xüsusi rəng qatan səhnə əsəri tamaşaçılara böyük teatr sevinci yaşatdı.

Yubiley tədbiri çərçivəsində teatrın foyesində aktyorun çəkildiyi filmlərin oynadığı tamaşaların fotolarından ibarət sərgi təqdim edildi.

 

Lalə

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 4.