GoMap.az portalına hər gün 11 mindən çox istifadəçi daxil olur

 

Portala Gürcüstanla yanaşı, Türkiyənin xəritəsi də yerləşdiriləcək

 

GoMap.az onlayn naviqator portalından istifadə edənlərin sayı gün ərzində 11 min nəfərə yaxındır. Sinam şirkətinin GoMap.az layihəsinin meneceri Xaqani Nəsibovun sözlərinə görə, portala dünyanın, demək olar ki, hər yerindən müraciət edənlər olur.

Amma 70 faiz istifadəçi Azərbaycandan, 20 faizə yaxın isə Gürcüstandandır. Bundan başqa, Türkiyə, Rusiya, Böyük Britaniya və digər ölkələrdən də giriş çoxdur. İstifadəçilərin sayı günü-gündən artır.

Artıq GoMap.az portalında Gürcüstanın xəritəsi də var. Layihə meneceri deyir ki, hazırda Gürcüstanın ərazisi də daxil olmaqla, sistemdə 90 mindən çox obyekt haqqında məlumat almaq olar: Qonşu ölkənin ərazisi, yolları barədə məlumat yerləşdirilib. Gürcüstanın 9 böyük şəhəri barədə isə ünvan məlumatları var. Həmçinin Türkiyə ərazisində yerləşən obyektlərin portala əlavə edilməsi barədə razılaşma var. Yaxın müddətdə bu məsələ həllini tapacaq. Gələcəkdə Orta Asiya respublikalarını, razılaşma əldə edilərsə, İranı da bu xəritəyə əlavə edəcəyik.

Həmsöhbətim bildirdi ki, portaldan istifadə edənlərin sayı mövsümlə bağlı o qədər də dəyişmir: Portal Azərbaycanın bütün sahələrini, o cümlədən turizm sahəsini əhatə edir. Portalda obyektlərin böyük kataloqu yerləşdirilib. Kataloqda Azərbaycan ərazisində olan 70 minə yaxın obyekt var. İstənilən obyekti kataloqdan axtarıb tapmaq, onun haqqında məlumat almaq mümkündür. Bunu həm portalın axtarış hissəsində obyektin adını yazmaqla, həm də Müəssisələrin kataloqu funksiyasını işə salmaqla etmək olar.

X.Nəsibov qeyd etdi ki, GoMap.az internet resursunun mobil versiyası da hazırdır. Artıq mobil qurğular, telefonlar s. vasitəsilə portaldan istifadə mümkündür. Bu, istifadəçilərimizin sayını daha da artırıb. Gün ərzində portala daxil olanların 27 faizi mobil vasitələrdən istifadə edir.

Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Sinam şirkəti tərəfindən hazırlanan 2011-ci ildən istifadəyə verilən GoMap.az naviqasiya portalına ölkəmizin 70 şəhəri üzrə ünvan məlumatı, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 720000 bina tikili, 43000 km yol, 23770 kvadrat kilometr yaşıllıq sahələri, meşələr digər məlumatlar daxil edilib. Elektron xəritədə məlumatlar sxem ya 3D formatındadır. Azərbaycan, ingilis rus dillərində hazırlanan portaldakı elektron xəritə digər bu tip sistemlərlə inteqrasiya oluna bilir. Xəritə üzərində onlayn trekinq funksiyası da var. Onun vasitəsilə turist marşrutlarının, turistlərin, dağ-xizək zonalarında hərəkət edənlərin peyk izləmə sistemi ilə müşahidəsi mümkündür. Həmçinin fövqəladə hallar zamanı hadisə yerində olanların koordinatlarını təyin etmək olur.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 9.