Daşkənddə Plov bayramında Azərbaycan mətbəxinin təqdimatı

 

Daşkənddəki Turizm Kollecində 20 oktyabr - Beynəlxalq Kulinariya Günü münasibətilə Plov bayramı keçirilib. Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov iştirak edib. O, Azərbaycanın milli xörəklərinin dünyada tanınması istiqamətində fəaliyyəti haqqında məlumat verib, beynəlxalq kulinariya tədbirlərində özbək həmkarları ilə əməkdaşlığından danışıb.

Mərasimdə Azərbaycan mətbəxi və qədim məişət əşyalarımız haqqında film göstərilib. Sonra Azərbaycan mətbəxinin təqdimatı keçirilib. T.Əmiraslanov tələbələrin bişirdiyi Azərbaycan plovu, dolma, küftə-bozbaş və digər milli xörəklərimizin dadına baxıb, tövsiyələrini verib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 9.