Mingəçevir Turizm Kollecində elmi-nəzəri konfrans

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümü münasibətilə Mingəçevir Turizm Kollecində Heydər Əliyev müstəqilliyimiz mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə kollecin direktoru, professor Əyyub Əyyubov Azərbaycan xalqının istiqlal tarixindən söhbət açıb, dövlət müstəqilliyimizin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini, dahi şəxsiyyətin dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Konfransda Müstəqilliyimiz əbədi sarsılmazdır, Heydər Əliyev Azərbaycanda dövlət quruculuğu, Azərbaycanın turizm sektorunun müstəqillik dövründə inkişafı digər mövzularda məruzələr dinlənilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 9.