“Məmməd Araz yaradıcılığında azərbaycançılıq ideyaları”

 

Oktyabrın 17-də C.Cabbarlı adına Qax Rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Məmməd Araz yaradıcılığında azərbaycançılıq ideyaları” adlı oxucu konfransı keçirilmişdir. Konfransı açan MTŞ-nin inspektoru D.Əzizova qeyd etmişdir ki, bu il ölməz şairin 80 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Məmməd Araz Azərbaycanın istiqlalına bizdən çox xidmət göstərmişdir. Ümummilli liderimizin fəxr və qürur hissi ilə bütün gəncliyimizə xitab etdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” milli və mənəvi düşüncə tərzi Məmməd Araz poeziyasının mayasını, ana xəttini təşkil edir. Tədbirdə “Məmməd Araz yaradıcılığında azərbaycançılıq ideyaları”, “Milli qüruru, milli qeyrəti tərənnüm edən şair”, “Vətəndaş şair” adlı məruzələr dinlənilmiş və ölməz şairinAyağa dur, Azərbaycan!”, “Məndən ötdü, qardaşıma dəydi” şeirləri səslənmişdir.

Tədbir iştirakçıları “Azərbaycanın istiqlal şairi -Məmməd Araz” adlı elektron sərgi ilə də tanış olmuşlar.

 

Ahidə Əfəndiyeva,

 

Qax MKS-nin direktor müavini

 

Mədəniyyət.- 2013.- 23 oktyabr.- S. 15.