Arşın mal alan Ankara səhnəsində

 

Üzeyir Hacıbəylinin 100 yaşlı operettası Ankara Dövlət Opera Balet Teatrının repertuarına daxil edilib

 

Oktyabrın 25-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Arşın mal alan operettasının səhnəyə qoyulmasının 100 ili tamam olur.

Üzeyir bəy üçuncü sonuncu musiqili komediyasını 1913-cü ildə Sankt-Peterburqda, konservatoriyaya qəbul imtahanı ərəfəsində tamamlayıb. Həmin il oktyabrın 25-də əsər Bakıdakı Tağıyev Teatrında ilk dəfə səhnələşdirilib. Tamaşaya rejissor Hüseyn Ərəblinski quruluş verib. Rollarda Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy) başqaları çıxış ediblər.

Ötən yüz ildə Üzeyir Hacıbəylinin ölməz əsəri dünyanın bir çox ölkələrinin səhnələrində, Nyu-York, Paris, London, Berlin, Ankara, Tehran, Qahirə, Varşava, Sofiya, Pekin digər şəhərlərdə tamaşaya qoyulub. 1938-ci ildə operetta Moskvada Azərbaycan incəsənəti dekadası zamanı göstərilib. Baş rolları Bülbül (Əsgər) Sədayə Mustafayeva oynayıb. Tamaşanın rejissoru İsmayıl Hidayətzadə olub. 1952-ci ildə əsər Moskvada K.S.Stanislavski V.İ.Nemiroviç-Dançenko adına Musiqli Dram Teatrında tamaşaya qoyulub.

Bu günlərdə əsər qardaş Türkiyədə, Ankara Dövlət Opera Balet Teatrında səhnələşdirilərək repertuara daxil edilib. Operettaya Azərbaycan Dövlət Opera Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib. Ankara Dövlət Opera Balet Teatrının simfonik orkestrinə Mustafa Ərdoğan dirijorluq edəcək. Azərbaycan milli rəqslərini tanınmış xoreoqraf Dəniz Çığ hazırlayıb. Tamaşada Ankara teatrının aparıcı aktyorları rol alıb.

Arşın mal alanın Ankara premyerası oktyabrın 27-də keçiriləcək.

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 2.