Jazz dünyası”nın növbəti sayı çapdan çıxıb

 

Jazz dünyası” jurnalının payız-qış nömrəsi çapdan çıxıb. Jurnalın baş redaktoru Leyla Əfəndiyevadır. Rusingilis dillərində nəşr olunan jurnalın yeni sayı maraqlı yazıları, müsahibələri və xəbərləri ilə oxucularının görüşünə gəlib.

Jurnal bəstəkar, cazmen Cəmil Əmirovun müsahibəsi ilə başlanır. “Təhsil” rubrikasında tanınmış gənc caz ifaçıları Aysel Quliyeva, Səbinə Hacıyeva ilə müsahibə də oxucular üçün maraqlı olacaq.

Magikanes” rubrikası ABŞ-ın görkəmli caz ifaçısı Kaunt Beysiyə həsr edilib. Bu ilin yayında vaxtsız dünyasını dəyişmiş şair, yazıçı, publisist, məşhur caz tənqidçisi Rövşən Sənanoğlunun xatirəsinə həsr olunmuş məqalə də bu nömrədə yer alıb.

Bu il Almaniyanın Bremen şəhərində keçirilmişJazzahead!” sərgisində ölkəmizi “Jazz dünyası” jurnalı təmsil edib. Artıq üç ildir ki, bu beynəlxalq tədbirdə iştirak edən jurnal tərəfindən sərgidə təqdim olunmaq üçünJazz from Azerbaijandiski buraxılıb. Sərgi haqqında geniş məlumatı jurnalın səhifələrindən öyrənmək mümkündür.

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 4.