Seyid Yəhya Bakuvi: tolerantlığın ifadəsi

 

UNESCO-da azərbaycanlı mütəfəkkirə həsr edilmiş simpozium keçirilib

 

Oktyabrın 22-də Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilib. Qeyd edək ki, UNESCO baş konfransının qərarı ilə Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi dünya səviyyəsində qeyd edilir.

Seyid Yəhya Bakuvi: tolerantlığın ifadəsi mövzusunda simpoziumda mütəfəkkirin irsinin, yaradıcısı olduğu xəlvətilik təriqətinin dünyada tolerantlığa verdiyi töhfə barədə məruzələr dinlənilib. Tədbirdə Azərbaycan, Britaniya, Fransa, Türkiyə, Əlcəzair başqa ölkələrdən tədqiqatçı alimlər, UNESCO-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkəmizin Fransadakı səfirliyinin əməkdaşları, diaspor təmsilçiləri, mədəniyyət xadimləri iştirak ediblər.

Simpozium Azərbaycan rəhbərliyinin multikulturalizm mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində təşəbbüslərindən bəhs edən Tolerantlığın məkanı adlı sənədli filmin nümayişi ilə başlayıb.

DQİDK-nın sədri Elşad İskəndərov açılış nitqində Seyid Yəhya irsinin Azərbaycanda dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, Bakuvi onu şöhrətləndirdiyi xəlvətilik təriqətinin dünyaya bəxş etdiyi irs dünyada tolerantlıq dünyagörüşünün yayılmasında, məzhəblərarası çatışmaların qarşısının alınmasında aktuallığını bu gün itirməyib.

Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdulaziz Al-Nasser UNESCO tərəfindən 2013-cü ilin Seyid Yəhya Bakuvi ili kimi qeyd edilməsini əlamətdar hadisə adlandırıb. Onun sözlərinə görə, Bakuvi irsi insanlar mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür. Bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını xatırladan Nasser Abdulaziz Azərbaycanın mədəniyyətlərarası dialoq dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu diqqətə çatdırıb.

UNESCO-nun Mədəniyyətlərarası Dialoq Platformasının başçısı Katerina Stenou çıxışında bildirib ki, Azərbaycan xalqı tarix boyu mədəniyyətlər dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilib.

Sonra simpoziumun Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi xəlvətilik, Azərbaycanda sufilik Bakuvi irsi adlı panellərində məruzələr dinlənilib.

Günün sonunda tədbir iştirakçıları dünya şöhrətli fotoqraf, Fransada yaşayan soydaşımız Rza Diqqətinin Azərbaycan - tolerantlıq məkanı adlı fotosərgisi ilə tanış olublar. Sərgini açan Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov deyib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, UNESCO və DQİDK-nın dəstəyi ilə təşkil edilən sərgidə nümayiş etdirilən fotolar ölkəmizdə tolerantlığı əks etdirir. Sərgi böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 25 oktyabr.- S. 10.