Firəngiz Əlizadə Amerika-Almaniya layihəsində

 

Almaniyanın təşəbbüsü ilə görkəmli amerikalı bəstəkar Con Keycin 100 illiyi münasibətilə 2012-ci il Keyc ili elan edilmişdi. Mega-music layihəsi çərçivəsində Con Keycə həsr edilən əsərlər yazılıb, hər bəstəkar öz üslubunu saxlamaqla özündən əvvəlki həmkarının not sətirlərini davam etdirib. Layihədə Almaniyanın və Amerikanın 100-dək tanınmış bəstəkarı yaxından iştirak edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə də almaniyalı bəstəkarların siyahısına daxil edilib. Layihə təşkilatçılarının bu seçimi təsadüfi deyil. Çünki keçmiş SSRİ-də Con Keycin Sonatalarinterlüdiyalar əsəri ilk dəfə məhz Firəngiz Əlizadənin ifasında səsləndirilib.

Müasir musiqinin ən yeni texnologiyalarının əks olduğu Mega-music layihəsinin premyerası Nyu-York şəhərində Miller-Theatreın böyük zalında Riçard Qarrikin dirijorluğu ilə baş tutub.

 

Mədəniyyət.- 2013.- 30 oktyabr.- S. 5.