Əziz Əliyevə həsr olunmuş kataloq çapdan çıxıb

 

   AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, istedadlı alim Əziz Əliyevin (1897-1972) həyat yolu və fəaliyyətini əks etdirən kataloq hazırlanaraq çap edilib. Muzeyin fondlarında Əziz Əliyevlə bağlı bir sıra tarixi sənəd və eksponatlar mövcuddur. Kataloqda Əziz Əliyevin həyat və fəaliyyəti ilə bağlı 60-dan artıq eksponat barədə müfəssəl məlumat yer alıb.

   Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin tərtibatçısı tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 2.