“Azərbaycanımın inkişafı -10 il” fotomüsabiqəsinin sərgisi

 

   Sentyabrın 10-da “Park Bulvar” ticarət və əyləncə mərkəzində “Azərbaycanımın inkişafı - 10 il” fotomüsabiqəsinin sərgisi açılıb.

   “Azərbaycanımın inkişafı - 10 il” layihəsi “İrəli” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclər Təşkilatları Milli Şurası və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun ortaq təşəbbüsü əsasında həyata keçirilir.

   Fotomüsabiqənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan peşəkar və həvəskar fotoqrafların son 10 ildə Azərbaycan və onun inkişafı, ölkədə gedən proseslər, sürətli dəyişikliklərlə bağlı müxtəlif mövzuları əhatə edən işlərin toplanılması və onların cəmiyyətə təqdim edilməsidir. Layihənin davam etdiyi müddətdə yüzlərlə təqdim olunub. Onlardan 150 foto seçilərək sərgidə nümayiş etdirilir.

   Sərgi “Park Bulvar” ticarət və əyləncə mərkəzində bir ay müddətində təqdim olunacaq. Müsabiqənin sonundaFacebook” səhifəsində və peşəkar fotoqraflar tərəfindən ən çox bəyənilən işlərin müəllifləri müəyyən olunaraq mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 2.