TİKA-dan Əlyazmalar İnstitutuna hədiyyə

 

   Türkiyə Əməkdaşlıq İnkişaf Agentliyi (TİKA) AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna fotoaparatlar, əlyazmaların bərpası üçün materiallar hədiyyə edib. Bu münasibətlə keçirilən görüşdə institutun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimov TİKA-nın bir neçə il ərzində elm ocağına etdiyi yardımlara görə minnətdarlığını bildirib.

   TİKA-nın nümayəndəsi Mehmet Süreyya Er təmsil etdiyi qurumun bundan sonra da Əlyazmalar İnstitutu ilə əməkdaşlığını davam etdirmək fikrində olduğunu vurğulayıb.

 

Mədəniyyət.- 2013.- 11 sentyabr.- S. 15.