Muğam televiziya müsabiqəsi davam edir

 

   Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Beynəlxalq Muğam Mərkəzində 4-cü muğam televiziya müsabiqəsi keçirilir. Müsabiqəni nəinki ölkəmizdə, digər dövlətlərdə böyük maraqla izləyirlər. Sənət yarışmasının növbəti turu da rəngarəng ifalar həyəcan dolu anlarla yadda qalıb.

   Avqustun 6-dan başlanan müsabiqə muğamlarımızı təbliğ etməklə yanaşı, şifahi yazılı ədəbiyyat nümunələrimizi dünyaya çatdırır. Müsabiqənin ənənəsinə uyğun olaraq hər həftə bir dahi Azərbaycan şairinin yaradıcılığına müraciət olunur. İndiyədək Nizami Gəncəvi, Füzuli, Nəsiminin qəzəlləri üzərində muğam təsnifləri ifa edən gənclər bu dəfə Xaqaninin sözlərini ifalarına qatıblar.

   Muğam televiziya müsabiqəsi həftədə iki dəfə çərşənbə axşamı və cümə axşamı keçirilir. Müsabiqənin konsertləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı ilə canlı yayımlanır.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 3.