Milli istiqlal və dövlətçilik mücahidi

 

   AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Nəsib bəy Yusifbəyli - milli istiqlal və dövlətçilik mücahidi” məqalələr toplusu çap olunub. Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümünə ithaf edilən toplu Rusiyada türk və müsəlman xalqlarının hüquqları uğrunda yorulmadan mübarizə aparmış, milli dövlətçiliyimizin qurulmasında xüsusi rolu olmuş, 1919-cu ilin aprelindən 1920-ci ilin martınadək Cümhuriyyət hökumətinə başçılıq etmiş görkəmli siyasiictimai xadim Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyətinə həsr olunub.

   Toplunun elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovadır.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 4.