“24 kadr” qısametrajlı film festivalı

 

   Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc rejissorlar üçün “24 kadr” qısametrajlı film festivalı başlanıb. Gənclər Fondundan bildiriblər ki, layihənin əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək və stimullaşdırmaqdan ibarətdir.

   Layihə üzrə üç ay ərzində gənc rejissorlar çəkdikləri filmləri (minimum 5, maksimum 15 dəqiqəlik) təşkilat komitəsinə təqdim edəcəklər. Ekran əsərlərinin təqdimat tarixi bitdikdən sonra ekspertlər tərəfindən bu yaradıcılıq nümunələrinə ilkin baxış keçiriləcək və ən yaxşı 10 film festivalın final gecəsində təqdim edilmək üçün tövsiyə olunacaq.

   Festivalın final gecəsində ekspertlərin səsverməsi ilə I, II, III yerlərin sahibi müəyyənləşdiriləcək. Bundan əlavə, ”Ən yaxşı aktrisa”, ”Ən yaxşı aktyor”, “Ən yaxşı ssenarist” və “Ən yaxşı operator” nominasiyaları üzrə mükafatlandırma olacaq.

 

Mədəniyyət.- 2013.- 4 sentyabr.- S. 5.