“Elmdə ad

 

Azərbaycan alimi beynəlxalq mükafata layiq görülüb

  

   Tanınmış ədəbiyyatşünas alim, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli elm, texnologiya, təhsil sahəsində Beynəlxalq Sokrat Komitəsi, Avropa Biznes Assambleyası, Avropa Rektorları Klubu və dünyanın 16 aparıcı dövlətinin mötəbər elmi-yaradıcı birliklərinin təsis etdiyiThe Name in Science Award” (“Elmdə ad”) mükafatına layiq görülüb. Mükafatın təqdimetmə mərasimi dekabr ayında Avropanın böyük elmi mərkəzlərindən biri olan Oksford Universitetində keçiriləcək.

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 3.