Bakıda böyük kitab bayramı

 

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının üçüncü günü Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə də yadda qalacaq

  

   Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu gün başa çatır. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq kitab bayramı müxtəlif tədbir və təqdimatlarla zəngin oldu. Sərgi-yarmarka eyni zamanda Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin qeyd olunması və paytaxtımızda kitabla bağlı iki mühüm tədbirin - Avropa Milli Kitabxanaları Konfransı və Avrasiya Kitabxanalar Assambleyasının toplantısının keçirilməsi ilə əlamətdardır. Sərgi-yarmarkanın üçüncü - sonuncu günü bağlanış və mükafatların təqdimatı mərasimi ilə yanaşı, Azərbaycan Milli Kitabxanasının 90 illiyi ilə bağlı təntənəli yubiley tədbiri ilə yadda qalacaq. Tədbir Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında keçiriləcək.

   Qeyd edək ki, Milli Kitabxananın 90 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə qeyd olunur.

 

Mədəniyyət.- 2013.- 25 sentyabr.- S. 8.