Beynəlxalq musiqi bayramı davam edir

 

   Sentyabrın 26-da Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının növbəti konsert proqramları təqdim edilib.

   Dövlət Filarmoniyasının kamera orqan musiqisi zalında FransanınUtopikkvartetinin konserti olub. Konsertdə Fransa bəstəkarı Klod Debüssinin Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri səsləndirilib.

   Fransa Azərbaycan musiqisinin dialoqu şəklində qurulmuş konsert proqramı Klod DebüssininSirinxəsəri ilə başlayıb. Əsər Azərbaycanda ilk dəfə ifa olunub. Sonra Firəngiz Əlizadənin Xalq şairi Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş soprano, fleyta royal üçün hazırlanmışÜç akvarelvokal silsiləsi səsləndirilib. Əsəri Fransa vokalçısı Laura Delkampe (soprano) Azərbaycan dilində ifa edib. Onu Jil de Talyö (fleyta), Lüdovik Froxot (piano) Fransua Jirar (violençel) müşayiət ediblər. Konsertdə Firəngiz Əlizadənin məşhur “Habilsayağı” əsəri də ifa olunub.

   * * *

   Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti keçirilib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 2.