Üzeyir musiqi festivalında rəngarəng konsert proqramları

 

   Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Azərbaycanın xarici ölkələrin tanınmış musiqiçilərinin, kollektiv solistlərin rəngarəng konsert proqramları ilə davam edir.

   Sentyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin konserti olub. Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə keçirilən konsertdə pianoçu solistlər Aslan Aslanov Tofiq Şıxıyev çıxış ediblər. Proqramda E.QriqinHolberq zamanındansüitasından fraqment, İ.S.Baxın iki fortepiano kamera orkestri üçün konserti, P.İ.ÇaykovskininSerenadaəsərləri səsləndirilib.

   * * *

   Dövlət Filarmoniyasının kamera orqan musiqisi zalında RusiyanınRomantikkvartetinin konserti maraqla qarşılanıb. BeynəlxalqMusiqi OlimpiFondunun (Sankt-Peterburq) dəstəyi ilə keçirilən konsertdə nüfuzlu festivalların iştirakçısı beynəlxalq müsabiqələrin laureatı, gənc pianoçu Andrey Yaroşinski Azərbaycan Avropa bəstəkarlarının - Qara Qarayevin, Ludviq Van Bethovenin, İohan Bramsın əsərlərini ifa edib.

   Görkəmli violonçel ifaçısı V.A.Berlinskinin rəhbərliyi altında yaradılanRomantikkvarteti Avropanın bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış edib. Moskva Dövlət Akademik Filarmoniyasının tərkibinə daxil olan kvartet hazırdaRus ifaçılıq sənətifondunun təqaüdçüsüdür.

   * * *

   Sentyabrın 25-də daha bir konsert proqramı Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbində təqdim edilib. Konsertdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Rusiyanın Əməkdar icəsənət xadimi Valeri Varonanın sinfində musiqi təhsili alan Firuzə Xançalovanın ifası dinlənilib.

   Tədbirdə çıxış edən Valeri Varona ilk dəfə Azərbaycana 15 il əvvəl görkəmli musiqiçi Mstislav Rostropoviçin yubileyində iştirak etmək üçün gəldiyini, ötən müddət ərzində paytaxtımızın inanılmaz dərəcədə inkişaf etdiyini deyib, ölkəmizdə musiqi sənətinə göstərilən diqqət qayğını yüksək qiymətləndirib.

   Sonra Firuzə Xançalova dahi bəstəkarlar İ.S.Bax, V.Motsart, İ.Brams F.Əmirovun əsərlərini ifa edib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

   V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-də sona çatacaq.

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 4.