Xalq artisti Vaqif MustafayevSerbiya Bayrağıordeni ilə təltif olunub

 

   Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç 2013-cü il sentyabrın 2-də Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, tanınmış kinorejissor, “Space” teleradio şirkətinin rəhbəri Vaqif Mustafayevin üçüncü dərəcəliSerbiya Bayrağıordeni ilə təltif olunması barədə fərman imzalayıb. Rejissor Serbiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə təltif edilib.

   Serbiya Respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir ki, Vaqif Mustafayev bu il SerbiyadaDünya kino incəsənətinə töhfə” mükafatına və Serbiya Respublikası İncəsənət Akademiyasının fəxri professoru adına layiq görülüb.

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 6.