Turizm İnstitutunda yeni dərs ilinin açılışı keçirilib

 

Yüksək bal toplayan abituriyentlərin ATİ-ni seçməsi ölkəmizdə turizm sənayesini, turizmin rolunu dəyərləndirməyə əsas verir

  

   Sentyabrın 16-da Azərbaycan Turizm İnstitutunda (ATİ) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi. Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev iştirak edirdi. Mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı.  

   ATİ-nin rektoru, professor Cəfər Cəfərov çıxış edərək növbəti yeni tədris ili münasibətilə müəllim tələbə heyətinə təbriklərini çatdırdı. Qeyd etdi ki, artıq turizm sənayesində institutun 725 məzunu çalışmaqdadır: “ATİ 7 illik fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları sırasında bir sıra yeniliklərə ilk imza atıb. İlk dəfə bizim institutun məzunları bakalavr pilləsində ikili diplom, həm ATİ, həm Avstriyanın Krems Tətbiqi-Elmlər Universitetinin diplomunu alıblar. 80-ə yaxın belə məzunumuz turizm sahəsində uğurla çalışır. 2013/2014-cü tədris ilində ikili diplom alanlar arasında magistr pilləsini bitirən məzunlarımız da olacaq. Yeni tədris ilində ATİ- 11 ixtisas üzrə 375 tələbə qəbul olunub. Onlardan 369 nəfər qeydiyyatdan keçib. 218 nəfər dövlət sifarişi əsasında, 151 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Bu il ATİ-nin tələbəsi adını qazananlardan 4 nəfər 600-dən artıq bal toplayıb. Bu ildən turizm hotelçilik ixtisası üzrə ingilis dilində təhsil alacaq xüsusi qrup təşkil olunub”.

   Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkə həyatının bütün sahələrinin uğurla inkişaf etdiyini bildirdi: «Azərbaycan regionun lider ölkəsinə çevrilib. Bu prosesdə həm mədəniyyətimizin, həm turizmin xüsusi rolu var. Azərbaycan turizm sənayesi bu gün dünyada öz nüfuzunu sübut edir. Ölkəmiz artıq Dünya Turizm Təşkilatı İcraiyyə Komitəsinin üzvüdür, halbuki biz cəmi 12 il öncə bu quruma daxil olmuşuq. Bu, son illər ölkəmizin turizmdə əldə etdiyi nailiyyətlərin göstəricisidir. Ölkə başçısı regionlara səfəri zamanı dəfələrlə qeyd edib ki, Azərbaycan turizm sənayesinin inkişafı prioritet həlledici istiqamətlərdən biridir».

   Hər il respublikamızda onlarla yeni hotelin tikildiyini deyən nazir bildirdi ki, 2013-cü ilin ilk yarısının nəticələrinə görə, Azərbaycana gələn əcnəbilərin sayı 10 faizdən çox artıb: «Dünyada isə bu rəqəm cəmi 4 faizdir. Sözsüz ki, gələn turistlərə ölkəmizin tarixi, mədəniyyəti, qonaqpərvərliyi peşəkar səviyyədə təqdim edilməlidir. Məhz bu baxımdan da Turizm İnstitutu kadr hazırlığı sahəsində mühüm rol oynayır. Bu gün ATİ qabaqcıl ali təhsil ocaqlarından biridir. Yeganə ali təhsil məktəbidir ki, ən yaxşı tələbələrə hətta iki diplom təqdim edir ki, bu diplomların ikisi dünyanın nüfuzlu şirkətlərində çalışmağa imkan verir. Azərbaycan turizm sənayesinin qabaqcıl qüvvəsini ATİ-nin məzunları təşkil edir».

   Ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərdə ATİ-nin ən yaxşı tələbələrinin fəal iştirak etdiklərini diqqətə çatdıran nazir dedi: “Gələcəkdə Azərbaycan daha nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Avropa Olimpiya oyunlarının hazırlığına başlamışıq. Orada da ATİ tələbələri çox fəal iştirak etməlidir, qonaqları ölkəmizlə tanış etməlidirlər. Biz fəxr edirik ki, ATİ- qəbul olanlar arasında 500-600-dən artıq bal toplayan tələbələr var. Bu, turizm sənayesini, real olaraq turizmin rolunu dəyərləndirməyə əsas verir. Bu sahədə peşəkar, ölkəmizin inkişafına töhfələr verə biləcək mütəxəssislərin hazırlanması prosesi davam edəcək».

   Bu ildən ATİ- alman dili müəllimi kimi çalışacaq Anna Bauman isə Bakıda çalışmaq imkanı qazandığına görə çox şad olduğunu bildirdi: «Əsas məqsədlərdən biri alman dilini inkişaf etdirmək tələbələrin bunu mənimsəməsidir. Bununla yanaşı, məqsədimiz Almaniya ilə Azərbaycan arasında sosial-iqtisadi inkişafa yardım etməkdən ibarətdir».

   Sonra Əbülfəs Qarayev bu il 600-dən yuxarı balla ATİ- qəbul olmuş 4 tələbəyə ingilis dili qrupunda təhsil alacaq 20 nəfərə tələbə biletini təqdim etdi, təbriklərini çatdırdı.

   Mədəniyyət turizm naziri daha sonra Bakı Turizm Peşə Məktəbində yeni dərs ilinin açılışında iştirak etdi. Qeyd edək ki, peşə məktəbində 12 ixtisas, o cümlədən ATİ-nin xidmət mühəndisliyi fakültəsinin sosial , beynəlxalq münasibətlər, muzeyşünaslıq, diyarşünaslıq abidələrinin qorunması, regionşünaslıq, qida məhsullarının mühəndisliyi, nəqliyyat servisi ixtisasları üzrə tədris aparılır. Həmçinin institutun 9 kafedrasından 3-ü bu binada fəaliyyət göstərir.

   Nazir tələbələrə turizm sənayesinin layiqli təmsilçiləri olmaları üçün ilk növbədə Vətəni insanları sevməyin, yaxşı çalışmağın, müasir bilikləri mənimsəməyin təcrübə qazanmağın vacibliyini qeyd etdi.

   ATİ-nin rektoru Cəfər Cəfərov, turizm peşə məktəbinin direktoru Faiq Babayev tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladılar.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 8.