Qarabağın xristian abidələrikitabı ingilis dilində nəşr olunub

 

   Sağlam İnkişaf Maarifləndirməİctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı iləQarabağın xristian abidələri” (“Christian Monuments of Karabakh”) kitabını ingilis dilində nəşr etdirib. Qurumun sədri Anar Xəlilov bildirib ki, nəşri hazırlamaqda məqsəd Qarabağın xristian abidələri haqqında beynəlxalq aləmə məlumat vermək, alban-türk mənşəli bu abidələrin Azərbaycanın mədəni irsinin nümunələri olduğunu ermənilər tərəfindən saxtalaşdırılaraq dünyaya erməni mirası kimi təqdim edildiyini diqqətə çatdırmaqdır.

   Kitabda qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixi, Qarabağdakı tarixi Xaçın knyazlığı haqqında məlumat verilib, Azərbaycanın xristianlıq dövrü mədəniyyəti haqqında geniş məlumatlar öz əksini tapıb.

 

Mədəniyyət.- 2013.- 18 sentyabr.- S. 14.