Kitabxanaların fəaliyyətində internetin tətbiqi

 

  Kitabxana əməkdaşları üçün təlim kursu

  

   Azərbaycan kitabxanalarının işinin keyfiyyətinin artırılmasında rəqəmsal texnologiyalardan geniş istifadə hesabına fəaliyyətin modernləşdirilməsi zəruri şərtdir. Kompyuter proqramlarının informasiya proseslərinə tətbiqi kitabxanaların artıq rəqəmsal formada toplanmış və daim genişlənən informasiya massivləri ilə oxucular arasında əlaqələndirici vasitə olan əməkdaşların bu sahədə biliklərini artırmasını zəruri edir. Lakin bu gün ekspertlər səviyyəsində elektron proqramlarla bağlı biliklərə yiyələnmiş və oxuculara lazımi səviyyədə kömək göstərə biləcək kitabxanaçıların sayı azdır.

  

   Rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində elə vəziyyət yaranıb ki, bir neçə il əvvəl ali ixtisas təhsili almış mütəxəssislər bu gün müasir elektron proqramları müstəqil surətdə, adekvat şəkildə və tam həcmdə mənimsəmək və gündəlik işlərində onları tətbiq etməkdə çətinlik çəkirlər. Nəticədə kitabxanaların səviyyəsi rəqəmsal dövrümüzün imkanlarından və tələblərindən xroniki şəkildə geri qalır.

   Bu vəziyyətdən çıxmağın mümkün variantlarından biri kitabxana əməkdaşlarının fasiləsiz təhsil sisteminin yaradılmasıdır. Həmin sistemin potensial dinləyicilərinin bütün respublika ərazisini əhatə etməsini, təlimlə mütəxəssislərin yerində olması tələbini əlaqələndirmək zərurətini, həmçinin bu istiqamətin reallaşdırılması üçün resursların məhdudluğunu nəzərə alsaq, distant təlim sisteminin yaradılması bu məsələnin optimal həlli ola bilər.

   Bunun reallaşdırılması üçün zəruri texniki imkanlarilkin təşkilati şərtlər var. Azərbaycan kitabxanalarının internetə qoşulması sayəsində sistemin potensial dinləyicilərinin distant serverlərə, o cümlədən maarifləndirici portallara qoşulmaq imkanı təmin edilib. Mədəniyyət işçilərinin yenidən hazırlanma və ixtisasartırma mərkəzləri distant kurslar təşkil edilməsi üçün məxsusi proqram platformaları əldə edərək bu təlim sahəsində kifayət qədər təcrübə qazanıblar.

   Distant təlim sistemi maksimal dərəcədə çevikdir. Bu sistem müdavimlərin konkret qrupunun prioritetlərindən xüsusiyyətlərindən asılı olaraq kursları asanlıqla modifikasiya etmək yolu ilə bütün çağırışlara operativ reaksiya vermək imkanı yaradır. Təcrübə göstərir ki, distant məşğələlər bacarıqla təşkil edildikdə onların effektivliyi auditoriya şəraitində əyani məşğələlərin effektivliyindən heç geri qalmır.

   Distant təlim proqramının bu istiqamət üzrə reallaşdırılmasını davam etdirmək məqsədilə məxsusi olaraq Azərbaycan kitabxanalarının əməkdaşları üçün hazırlanmışKitabxanaların fəaliyyətində internetin tətbiqikursu təklif edilir.

   Kurs aşağıdakı əsas bölmələrdən ibarətdir:

   Qlobal kompyuter şəbəkələrinin təşkilati-texnoloji strukturu. İnternetdə işləmək üçün proqram təminatı informasiya təhlükəsizliyi.

   Sənədlərin komplektləşdirilməsində işlənməsində İnternetin tətbiqi. İnternet-resursların təsviri.

   Biblioqrafik sorğu işində İnternetin tətbiqi.

   Kitabxana fondları ilə işdə oxuculara xidmətlər göstərilməsində İnternetin tətbiqi (elektron kitabxanalar).

   Kitabxananın veb-saytının yaradılması inkişaf etdirilməsi. Kitabxana işi təcrübəsində Veb2 əlavələrindən istifadə.

   Kurs dinləyiciləri internetdə peşəkar səviyyədə işləmək üçün zəruri bilik, bacarıq vərdişlər kompleksi ilə təmin edəcək.

   Kurslarda təlimin internet serverdə yerləşdirilmiş ixtisaslaşdırılmış proqram vasitələrindən istifadə edilməklə distant rejimdə həyata keçirilməsi nəzərdə tutulur. Təhsil prosesinə mühazirələrin mətnlərinin öyrənilməsi, əlavə ədəbiyyatla tanışlıq, özünü yoxlamaq üçün tapşırıqların yerinə yetirilməsi daxildir. Kursun hər bölməsi üzrə yoxlama kimi test suallarına cavab verilməsi praktiki tapşırıqların icrası nəzərdə tutulub. Dinləyicilər proqram təminatına daxil edilmiş mesajlar mübadiləsi sistemləri, forum bloqlar vasitəsilə həm müəllimlərlə, həm tədris qrupu üzrə həmkarları ilə daim qarşılıqlı əlaqə saxlayacaqlar.

   Kursun müddəti 2 ay təşkil edir. Dinləyici tədris materialları ilə işləmək üçün orta hesabla hər gün təxminən 2 akademik saat vaxt ayırmalıdır.

  

 

   Lətifə Məmmədova,

   Mədəniyyət Turizm Nazirliyinin

   Kitabxana sektorunun müdiri

 

  Mədəniyyət.- 2013.- 18 yanvar.- S. 4.