Növbəti jurnalist müsabiqəsinə yekun vuruldu

 

Aprelin 23-də paytaxtın Sabunçu Rayon İcra Hakimiyyəti Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə «Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi» mövzusunda konfrans keçirilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ictimaiyyətin media nümayəndələri ilə bu formatda görüşünün əhəmiyyətini vurğulayıb, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət digər sosial obyektlər barədə məlumat verib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun iştirakı ilə bu qəbildən olan tədbirlərin artıq ənənəvi xarakter aldığını bildirib. O, Azərbaycan mediasının inkişaf yoluna geniş nəzər salaraq, Prezident İlham Əliyevin bu sahədə gördüyü işlərdən danışıb.

Çıxışlardan sonra rayon İcra Hakimiyyəti və KİVİDF-nin birgə keçirdiyi «Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb. Təltif olunanlar arasında «Mədəniyyət» qəzetinin əməkdaşı Fəxriyyə Abdullayeva da var.

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 10.