Görüş yeri hər yerdə”

 

Azərbaycanlı şair Rusiyada ədəbiyyat mükafatına layiq görülüb

 

Aprelin 22-də MoskvadaRusskaya premiya” (“Rus mükafatı”) beynəlxalq ədəbiyyat mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib. Bu mükafata xarici ölkələrdə rus dilində yazan yazıçıların əsərləri layiq görülür.

Mərasimə müsabiqənin müəllifi və rəhbəri Tatyana Voskovskaya mükafatın rəsmi tərəfdaşı olanB.N.Yeltsin - Prezident Mərkəzi” Fonduna minnətdarlığını bildirib.

Təltif olunanlar arasında Azərbaycandan gənc şair Nicat Məmmədov da var. O, “Görüş yeri hər yerdəadlı şeir, esse müsahibə məcmuəsinə görəPoeziyanominasiyasında üçüncü yerə layiq görülüb. KitabRusskiy Qullivernəşriyyatı tərəfindən mükafata təqdim olunub.

Mərasimdə iştirak edən Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova gənc azərbaycanlı şairin belə bir mükafata layiq görülməsinə görə qürur hissi keçirdiyini deyib: “Bu həm Azərbaycanda rus dilinə, rus ədəbiyyatına rus mədəniyyətinə göstərilən hörmətin əlamətidir”.

Mərasimi “Baku” jurnalının piar məsələləri üzrə direktoru, “? Harada? zaman?” televiziya oyununun tanınmış iştirakçısı Rövşən Əsgərov aparıb.

Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsi 2005-ci ildə təsis edilib.

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 14.