“Min bir gecəRusiya səhnəsində

 

Aprelin 22-də Rusiya Federasiyasının Çuvaş Respublikasında beynəlxalq balet festivalı başlayıb. Bu il 18-ci dəfə keçirilən festival böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecəbaletinin nümayişi ilə açılıb.

Azərbaycan bəstəkarının dünyaca məşhur əsərinin Çeboksarı şəhərindəki Çuvaş Dövlət Opera Balet Teatrında premyerası baletmeyster librettonun müəllifi David Avdışin, quruluşçu rəssam Anna Ustinovanın təqdimatında böyük anşlaqla baş tutub. Yerli mətbuatın yazdığına görə, səhnəyə ən böyük gül səbətləri Çuvaş Respublikasının rəhbəri Mixail İqnatyevin regionun Azərbaycan diasporunun adından gətirilib.

Aprelin 24-də Fikrət Əmirovun “Min bir gecə” baleti festival çərçivəsində təkrar nümayiş etdirilib. Festivalın proqramına Corc Bayronun eyniadlı poeması əsasında səhnələşdirilmiş “Korsar”, Pyotr ÇaykovskininSonalar gölü” tamaşaları da daxildir.

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 16.