Ənvər Məmmədxanlının xatirəsi yad edilib

 

Göyçay rayon Mərkəzi kitabxanasında Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 101-ci ildönümü qeyd edilib. Çıxış edənlər istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının yaradıcılığından və kəşməkəşli həyat yolundan söhbət açıblar. Qeyd edilmişdir ki, 1913-cü ildə Göyçay şəhərində anadan olan, təhsilini Bakıda və Rusiyada davam etdirən Ənvər Məmmədxanlının yaradıcılığı bədii ədəbiyyatımızın zənginləşməsində böyük rol oynayıb.

Tədbirdə görkəmli yazıçının ana dilinə həssas yanaşması diqqətə çatdırılıb və “Bakı gecələri” povesti müzakirə edilib. Tədbirdə Ənvər Məmmədxanlının kitablarından, onun haqqında yazılmış ədəbi materiallardan ibarət sərgi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 11.