"Aysel" rəqs ansamblının növbəti uğuru

 

18-23 aprel tarixində Rusiyanın Yekaterinburq şəhərində "Yer-bizim ümumi evimizdir" adlı XV beynəlxalq uşaq musiqi yaradıcılığı festivalı keçirilib. Festivalda ölkəmizi Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin "Aysel" rəqs ansamblı təmsil edib. Müxtəlif ölkələrdən 23 uşaq yaradıcı kollektivinin qatıldığı yarışmada "Aysel" rəqs ansamblı "xoreoqrafiya sənəti" nominasiyası üzrə II dərəcəli diplomalaureat adına layiq görülüb. Festival günlərində "Aysel" rəqs ansamblının üzvləri Sverdlovsk vilayətinin YekaterinburqKamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıblar.

1993-cü ildə yaradılan "Aysel" rəqs ansamblının repertuarına Azərbaycan milli rəqsləri, habelə İspaniya, Meksika, Türkiyə və Rusiyanın milli rəqsləri daxildir. 1996-cı ildən etibarən ansambl Gürcüstan, İtaliya, Moldova, Türkiyə, Ukrayna, Rusiyabaşqa ölkələrdə müsabiqə və festivallarda iştirak edib.

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 12.