Milli Kitabxana Almaniyada beynəlxalq konfransda təmsil olunub

 

Almaniya Milli Kitabxanasında “Sərhədləri aşmaq - daxil olmanın gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmiz də təmsil olunub. Konfransda M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin əməkdaşı Sevinc İsmayılova iştirak edib. Tədbirdə müxtəlif ölkələrin milli kitabxanalarının, nəşriyyatların və digər qurumların nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 2.