Rəsul Rza yad edilib

 

Aprelin 1-də Xalq şairi Rəsul Rzanın vəfatının 33-cü ildönümü münasibətilə ədibin Fəxri xiyabandakı məzarı önündə anma tədbiri keçirilib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, tanınmış yazıçı və şairlər, ictimaiyyət nümayəndələri şairin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər güllər düzüblər.

AYB-nin katibləri - Xalq şairi Fikrət Qoca, Arif Əmrahoğlu, şairlər Yusif Həsənbəy, Oqtay Rza, Azər Abdulla və başqaları Rəsul Rza poeziyasının ucalığından, görkəmli şairin yüksək insani keyfiyyətlərindən söhbət açıblar.

Sonda şairin oğlu, AYB-nin sədri, Xalq yazıçısı Anar Rəsul Rza şəxsiyyətinə göstərdikləri hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirib, atası ilə bağlı xatirələrini bölüşüb.

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 2.