Qan yaddaşımız

 

Martın 31-də Gənc Tamaşaçılar Teatrında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tariximizin bu faciəli səhifəsindən söz açaraq 1918-ci ilin martında erməni dəstələrinin Azərbaycanın bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımları həyata keçirdiklərini bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə bu hadisəyə siyasi qiymət verilib. Şuşa Dövlət Musiqili Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov çıxış edərək erməni vandalizmi haqqında acı xatirələrini dilə gətirib.

Mərasimdə faciədən bəhs edən film nümayiş olunub.

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 4.