Tarix təkrarlanır”

 

Martın 28-də Azərbaycan Milli İstiqlal Muzeyində 1918-ci ilin 31 mart soyqırımının 96-cı ildönümünə həsr olunmuşTarix təkrarlanır” adlı dəyirmi masa keçirildi. Tədbirdə Turizm İnstitutu və Azərbaycan İctimai-Siyasi Universitetinin tələbələri, Daxili Qoşunlar, Milli Qvardiya və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti iştirak edirdi.

Muzeyin direktoru Fəridə Şəmsi tədbiri açaraq 1918-ci ilin martında erməni daşnakbolşevik qüvvələrinin Bakıda və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri qırğınlar barədə ətraflı məlumat verdi. Bildirdi ki, sovet dövründə gizlədilən, ictimaiyyətə təhrif edilərək təqdim olunan, gerçək tarixi-siyasi qiymətini almayan mart soyqırımı ilə bağlı həqiqətlər Azərbaycan müstəqillik bərpa etdikdən sonra gün işığına çıxdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günüelan edildi. Bununla da ölkəmizlə yanaşı, dünya ictimaiyyəti də bu acı tarix barədə məlumatlandırıldı və bu proses davam etməkdədir.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı bu soyqırımı siyasətinin əsasının Rusiya çarı I Pyotrun ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı verdiyi tapşırıqla qoyulduğunu bildirdi. Bu siyasəti davam etdirən ermənilər 1918-ci ilin martında Bakını tamamilə ələ keçirmək üçün burada türk-müsəlman əhaliyə qarşı qırğınlar törətdilər.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi də ermənilərin azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirdikləri soyqırımı siyasətindən danışdı. Bildirildi ki, 31 mart soyqırımı zamanı Bakıdan savayı, Quba, Şamaxı, Şuşa, Lənkəran, Gəncəbasar və digər yerlərdə yüzlərlə kənd yandırıldı, insanlar kütləvi şəkildə qətlə yetirildi. Bu qanlı qırğın zamanı Şamaxı qəzasında 110 kənd dağıdılıb, onlardan 96-sı yandırılaraq yerlə-yeksan olunub. Amma yerli özünümüdafiə dəstələri də ermənilərin bu hərəkətlərini cavabsız qoymadılar. Azğınlaşmış düşmənə layiqli cavab verdilər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müəllimi, millət vəkili Həvva Məmmədova və digər çıxış edənlər vurğuladılar ki, 1918-ci il mart qətliamları ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ilkson soyqırımı hadisəsi deyil. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış komissiya tərəfindən bu hadisələr tədqiq edilmişfaktlar sənədlərdə qeyd olunmuşdur. Erməni şovinistləri XX əsr boyu dəfələrlə xalqımıza qarşı misli görünməmiş qırğınlar törədiblər. 1992-ci ilin Xocalı soyqırımı da bu qanlı siyasətin davamı idi.

Tədbirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edən videoçarx nümayiş olundu.

 

Fariz

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 12.