Şairmuza

 

Aprelin 2-də Niyazinin mənzil-muzeyində “Şairmuza” adlı tədbir keçirildi. Muzeyin şöbə müdiri Xanım Abdinova tədbir iştirakçılarına mövzu ilə bağlı qısa məlumat verdi.

Qeyd olundu ki, sənət axşamının mövzusu parlaq, güclü təsirə malik xarakterik musiqi obrazı ilə birgə bədii sözün təsir gücündən bəhs edir. Sonra Sumqayıt Musiqi Kollecinin müəllimi Yelena Boqayevskaya “Bədii obraz incəsənətin ali məqsədi kimi” və “Yaradıcılıq həyatın özü kimi” mövzuları ətrafında çıxış etdi. Bildirdi ki, bədii yaradıcılığın kökləri xalqın tarixinə, yaradıcı təcrübəsinə söykənir, həyatın özündən zənginləşir. İstər klassik, istərsə də müasir musiqinin mövzuları həyatın özü kimi çox rəngarəngdir. Əski inanclarda, mifologiyada tanrı obrazları gözəllik qanunları ilə yaradılıb, sonra isə bu obrazlar incəsənətə keçib.

Çıxışlardan sonra Bakı Musiqi Akademiyasının baş müəllimi Talehə Əliyeva skripkada, Yelena Boqayevskaya fortepianoda görkəmli rus bəstəkarı Mixail Qlinkanın və Avstriya bəstəkarı Frans Şubertin əsərlərindən ibarət musiqi nömrələri təqdim etdilər.

 

Savalan Fərəcov

 

Mdəəniyyət.- 2014.- 4 aprel.- S. 4.