«Virtual məmləkətim» layihəsi

 

Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Bakıda «Virtual məmləkətim» adlı layihə həyata keçirilir. 5-20 aprel tarixini əhatə edən layihənin məqsədi gənclərin turizmə marağını artırmaq, onları respublikamızın turizm imkanlarının dünyaya tanıdılması üçün informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadəyə cəlb etməkdir.

Layihənin müəllifi Səma İsalının sözlərinə görə, 15 iştirakçıya ilkin olaraq bloq təlimləri keçirilir. Növbəti mərhələdə hər iştirakçı Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə bloqlar yaradaraq topladıqları məlumatları oraya yerləşdirəcəklər. Sonda ən yaxşı üç bloq sahibi diplommükafatla təltif olunacaq. Layihəyə 16-29 yaşlarında şəxslər seçim əsasında cəlb olunub.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 9.