Mirzə Şəfi Vazehin yubileyinə həsr olunmuş tədbir

 

“Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2014-cü il 3 fevral tarixli sərəncamından irəli gələn vəzifələr çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli şair və mütəfəkkirə həsr olunmuş tədbir keçirilib.

Çıxış edənlər Mirzə Şəfi Vazehin dünyaya gəldiyi Gəncənin ədəbi mühitindən, onun maarifçipedaqoq kimi fəaliyyətindən, dövrünün sayılıb-seçilən şairləri ilə tanışlığından, şeirlərinin Fridrix Bodenştedt tərəfindən oğurlanmasından geniş söhbət açıblar.

Tədbirdə şairin şeirləri səsləndirilib, musiqi nömrələri ifa olunub.

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 4.