Lənkəran haqqında ensiklopedik mənbə

 

Azərbaycan Yazıçılar Birliyinin üzvləri Mirhaşım Talışlı və Etibar Əhədovun müəllifləri olduqları “Lənkəran: ensiklopedik məlumat” kitabı çapdan çıxıb.

Kitab Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatından bəhs edir.

Bundan əvvəl Lənkəranla bağlı məlumat xarakterli bir sıra nəşrlər işıq üzü görsə də, onlar rayonun coğrafi, etnoqrafik, sosial və mədəni həyatını, görkəmli şəxsiyyətlərini tam əhatə etməyib.

Kitabda Lənkəranın tarixi, coğrafiyası, toponimikası, yerli əhalinin mənəvi dəyərləri, idarə, rayonun müəssisə və təşkilatları, tanınmış şəxsiyyətləri, elm və sənət adamları, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanlar, qəhrəmanlar, yaşayış məntəqələri, elm, təhsil müəssisələri haqqında geniş məlumat verilib. Nəşrdə həmçinin ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Lənkərana səfərləri barədə ayrıca bölmə də yer alıb.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 12.