“Dumanlı beyin

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında narkomaniya ilə mübarizəyə həsr olunmuş “Dumanlı beyin” adlı tədbir keçirilib. Tədbirdə qonaq qismində həkim-narkoloq Asif Kəngərli, yazıçı-publisist Elxan Elatlı iştirak ediblər. Eyni zamanda tədbirə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və 35 saylı polis bölməsinin əməkdaşları - polis mayorları A.Ağayev, M.Mehrabov dəvət olunmuşdular.

Mövzu ətrafında çıxış edən qonaqlar narkomaniyaya qarşı mübarizə üsullarından, bu bəşəri bəlanın qarşısının alınması üçün təbliğat yolları barədə söz açıblar. 257 saylı tam orta məktəbin müəllimi B.İsrafilov məktəblərdə narkomaniya əleyhinə aparılan təbliğat barədə məlumat verib. Kitabxananın metodisti F.Cəbrayılova kitabxanada bu yöndə aparılan tədbirlərdən, mühazirələrdən danışıb.

Sonda oxucuların iştirakı ilə Asif Kəngərlinin “Bəla” pyesindən bir parça nümayiş olunub.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 12.