“Zərərli vərdişlər və narkomaniya məktəblilərin gözü ilə”

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yevlax şəhərində “Yeniyetmə və gənclər arasında zərərli vərdişlərə qarşı mübarizə!” layihəsi həyata keçirilir. Layihənin müəllifi Ruslan Vaqif oğlu Əliyevdir.

Layihə çərçivəsində Yevlax şəhərində yeniyetmə və gənclər asudə vaxtın səmərəli təşkili, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə təlimlər təşkil olunub.

Təlimlərdə region gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin onların və yaxınlarının sağlamlığına vuracaq zərərləri haqqında söz açılıb, habelə işəgötürən və əmək kollektivləri “narkomaniya, zərərli vərdişlər dünyası” mövzusunda məlumatlandırılıb, maarifləndirici buklet paylanılıb.

Sonda məktəblilər arasında “Zərərli vərdişlər və narkomaniya məktəblilərin gözü ilə” rəsm müsabiqəsi keçirilib.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 12.