Gənc Tamaşaçılar Teatrında Şekspirin 450 illiyi qeyd olunub

 

Dövlət Gənc Tamaşaçılar Teatrında dahi ingilis şairi dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş tədbir keçirilib.

Dramaturqun “Romeo Cülyettatamaşasının nümayişindən əvvəl keçirilən tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov Azərbaycan teatrının inkişafında U.Şekspir yaradıcılığının mühüm rolunu diqqətə çatdırıb. Teatrlarımızda dramaturqun böyük müvəffəqiyyətlə səhnələşdirilmiş əsərlərindən söhbət açılıb. Bildirilib ki, Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş “Romeo Cülyettaəsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uayt böyük dramaturqun əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunub səhnəyə qoyulduğunu qeyd edib.

Tədbirdən sonra dramaturqun Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olanRomeoCülyetta” tamaşası nümayiş etdirilib. Azərbaycan Dillər Universitetinin müəllim və tələbə kollektivi, teatrsevərlər klubunun üzvləri tamaşanı izləyənlər arasında olublar.

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 4.