Musiqiçilərimizin Yunanıstanda xeyriyyə konserti

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyətinin Yunanıstana səfəri çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Afina şəhəri teatr kollecinin konsert salonunda xeyriyyə konserti ilə çıxış edib. Konsertdə Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli və digər görkəmli Azərbaycan bəstəkarları ilə yanaşı, dünya klassiklərinin də əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Yunanıstanın tanınmış ziyalıları, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis iştirak edib. Konsertdən yığılan vəsait əlil uşaqların müalicəsinə xərclənəcək.

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 5.