Naxçıvan Kukla Teatrı Tacikistana festivala gedib

 

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Tacikistanın paytaxtı Düşənbədə keçirilənKuklaların fantaziyası” IV beynəlxalq kukla teatrları festivalında iştirak edir. Festivala İran, Rusiya, Qazaxıstan, Qırğızıstan başqa ölkələrin kukla teatrlarının kollektivləri qatılıb.

Festivalda kollektiv dahi bəstəkar Üzeyir HacıbəylininArşın mal alantamaşasını göstərəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rəfael Qədimovdur.

Düşənbə festivalı iki ildən bir keçirilir. Naxçıvan teatrı 2010 2012-ci illərdə festivalda çıxış edib.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 6.