Xor musiqisindən ibarət konsert

 

Azərbaycan Dövlət Filarmoniyasında Bakı şəhər musiqi və incəsənət məktəblərinin Direktorlar Şurasının iştirakı ilə xor musiqisindən ibarət konsert təqdim olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə reallaşan konsert Azərbaycanda xor musiqisinin inkişafında böyük rol oynamış 4 görkəmli xormeyster - xalq artistləri Cahangir Cahangirov, Ramiz Mustafayev, Əməkdar mədəniyyət işçisi Nicat Məlikov və Adil Qafarovun xatirəsinə həsr edilib.

Konsertdə V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbi, 3, 7, 20, 23, 26, 30 nömrəli musiqi məktəbləri və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivləri, həmçinin “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xor kollektivi çıxış ediblər.

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 4.