İfaçılarımız “Astana axşamları”nda

 

Qazaxıstanın paytaxtı Astanada keçirilən “Astana axşamları” (“Astana keştəri”) festivalında ölkəmiz də təmsil olunub. Bu barədə məlumat verən Azərbaycan Dövlət OperaBalet Teatrının solisti Vüsalə Musayeva bildirib ki, artıq ikinci dəfədir təşkil edilən festivala dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər qatılıb. Qazaxıstanın OperaBalet Teatrında keçirilən festivalın açılış konsertində Vüsalə Musayeva Elnur Zeynalov və Məryəm Şabanova ilə birlikdə “Bayatı-Şiraz” dəsgahını təqdim edib. Sonra təmsilçilərimizin ayrı-ayrılıqda solo ifaları səslənib.

 

Mədəniyyət.-1 avqust.-S.3.