Lənkəranda Lütfəli Abdullayevin 100 illiyi ilə bağlı tədbir

 

İyulun 25-də Lənkəran şəhər Mərkəzi kitabxanasında görkəmli teatr və kino aktyoru, Xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyi ilə bağlı xatirə tədbiri keçirilib. Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova çıxış edərək Lütfəli Abdullayevin həyat və sənət yolu haqqında danışıb. Mərkəzi kitabxananın şöbə müdiri Elnurə Dadaşlı Xalq artistinin yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Sonda Lütfəli Abdullayevin iştirak etdiyiUlduz” bədii filmi nümayiş olunub.

Mədəniyyət.-2014.-1 avqust.-S.13.