Milli Kitabxanada Azərbaycan əlifbası günü

 

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Kərim Tahirov dilimizin tarixi inkişaf mərhələlərindən geniş söz açıb.

Bildirib ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən qeyd edilir. Ulu öndərin siyasi iradəsi nəticəsində həmin il avqustun 1-də respublikamız həmin tarixdən tam şəkildə latın qrafikalı Azərbaycan əlifbasına keçib. Vurğulanıb ki, ümummilli liderin qətiyyəti, prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb.

Dövlət dilimizə diqqət və qayğı bu gündavam edir. Ulu öndərin dövlətçilik ənənələrinin və siyasi kursunun davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqında sərəncam olub.

Sonda tədbir iştirakçıları bu əlamətdar gün münasibətilə təşkil edilmiş kitab sərgisi ilə yaxından tanış olublar. Bir həftə davam edəcək sərgidə 100-dək kitabdövri mətbuat materialları əks olunub.

 

Mədəniyyət.- 2014.- 6 avqust.- S. 14.