Tarixi abidələr bu günsabah: mühafizə problemləri”

 

Qoruqtarixi abidələrin mühafizləri üçün seminar-treninq

 

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə uyğun olaraq Şəki şəhərində Oğuz, Qax, Zaqatala və Balakən rayonlarını əhatə etməklə Azərbaycanın qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği və bərpası məqsədi ilə "Tarixi abidələr bu günsabah: mühafizə problemləri" mövzusunda seminar-treninq keçirilir. Tədbirə qoruqtarixi abidələr üzrə mühafizlər cəlb edilib.

Şəhərdəki uşaq incəsənət məktəbinin akt zalında keçirilən seminar-treninqi Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova açaraq iştirakçıları salamlayıb, belə bir tədbirin Şəkidə təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinə minnətdarlığını bildirib.

Mərkəzin direktoru Ramazan Şabanov seminar-treninqin təşkilinin səbəb və məqsədləri barədə ətraflı məlumat verərək, dinləyiciləri tədris proqramı, məşğələlərin keçirilmə qaydası ilə tanış edib.

Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs şöbəsinin sektor müdiri Könül Cəfərova çıxış edərək bildirib ki, son vaxtlar ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunmasına, bərpasına və təbliğinə dövlət səviyyəsində xüsusi qayğı göstərilir: “Ümid edirik ki, bu seminar-treninq də ölkəmizdə tarix və mədəniyyət abidələrimizin mühafizə və təbliği işi ilə məşğul olan şəxslərin nəzəri və təcrübi biliklərinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq və müxtəlif rayonlardan olan mütəxəssislər öz aralarında səmərəli təcrübə mübadiləsi apara biləcəklər”.

Avqustun 9-dək davam edəcək seminar-treninqdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin əməkdaşları mühazirələr oxuyacaqlar. Dinləyicilərin Şəki şəhəri və rayonu ərazisində mövcud olan tarix-mədəniyyət abidələrinə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

 

Mədəniyyət.- 2014.- 8 avqust.- S. 4.