Beynəlxalq Gənclər
Günü kitabxanada qeyd edilib
Avqustun 12-də Şirvan
Şəhər Mərkəzi Kitabxanasında Beynəlxalq Gənclər
Günü ilə əlaqədar diskussiya keçirilib. “Azərbaycan
gəncləri beynəlxalq aləmə inteqrasiya
olunur” mövzusunda diskussiyada mədəniyyət işçiləri
və şəhər sakinləri iştirak
ediblər.
“Şirvan” klubunun metodisti Kamilə Əliyeva, kitabxananın əməkdaşı Əsmər Rəhimova çıxış edərək Beynəlxalq Gənclər Gününün tarixi haqqında danışıblar. Qeyd edilib ki, bu əlamətdar gün 1998-ci ilin 8-12 avqustunda Lissabonda (Portuqaliya) keçirilmiş dünya gənclər nazirlərinin I toplantısının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən 1999-cu ildə təsis edilib. Respublikamızda bu gün ilk dəfə 2000-ci ildə qeyd olunub. Hazırda dünya əhalisinin təqribən 3 milyardı yaşı 25-dək olan gənclərdir. Onların yarım milyarddan çoxu kasıblıq həddində yaşayır. 100 milyondan çox uşaq məktəbə gedə bilmir.
Çıxış edənlər Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, gənclərə dövlət qayğısından da söz açıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral tarixi 1997-ci ildən Azərbaycan Gəncləri Günü kimi dövlət səviyyəsində qeyd olunur. Belə bir gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təsis olunub.
Diskussiyada gəncləri
maraqlandıran mövzular ətrafında
müzakirələr aparılıb.
Mədəniyyət.- 2014.- 13
avqust.- S. 5.