Qara Qarayevin əsərləri Stokholmda səslənib

 

İsveçin paytaxtı Stokholmda keçirilən “Baltik dənizi festivalı” çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səslənib. Şəhərin Bervaldhalen salonunda təqdim edilən “Mədəni orkestrin konsertini Stokholmda akkreditə edilmiş səfirliklərin nümayəndələri, İsveçin ictimai xadimləri izləyiblər. Qeyd edək ki, Polşada yaradılmış “Mədəni orkestrAvropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçıları olan ölkələrdən gəlmiş gənc musiqiçilərdən ibarətdir. Stokholma qədər orkestr Qdansk, Kassil, AfinaEdinburqda çıxış edib.

 

Mədəniyyət.- 2014.- 27 avqust.- S. 3.