Sonuncufilmi Rusiyada kinofestivalda nümayiş etdirilib

 

Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası Buta Films” şirkətinin birgə istehsal etdiyiSonuncuqısametrajlı bədii filmi avqustun 22-dən 24-dək Rusiyanın Kalininqrad şəhərində keçirilənKoroçe” (“Qısa”) kinofestivalında iştirak edib.

Qısametrajlı filmlərin nümayiş olunduğu festivalın proqramında Rusiya, Yunanıstan, Böyük Britaniya, İran, Hindistan, İspaniya, ABŞ, Kanada, Moldova, İspaniya, Niderland s. ölkələrdən ekran əsərləri yer alıb.

Xatırladaq ki, “Sonuncubu ilin mayında Fransanın Kann şəhərində keçirilən beynəlxalq kinofestivalda qısa filmlər üzrə müsabiqə proqramına daxil edilmişdi.

Film II Dünya müharibəsi veteranının həyatından bəhs edir. Quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, operatoru Denis Madışev, rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

 

Mədəniyyət.- 2014.- 27 avqust.- S. 3.